Ukraynada koronavirusa yoluxanların çoxu gənclərdir

Ukraynada koronavirusa daşıyıcılarının yaş qrupları məlum olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada COVID-19 daşıyıcılarının ən az 22%-i yaşı 0-30 arası olan insanlardır.

Bundan başqa, yoluxanların 5,4%-i yaşı 0-10 arası olan uşaqlardır. 

Ümumilikdə, yaş qrupları üzrə statistika aşağıdakı kimidir:

Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma faktı martın 2-də qeydə alınıb. Hazırda ölkədə virus daşıyıcılarının rəsmi sayı 475 nəfərdir. İnfeksiya qurbanlarının sayı isə 10-a çatıb.

Digər xəbərlər