Ukraynada həlak olan gürcü döyüşçülərin sayı 9-a çatıb

Ukraynada bu gün gedən döyüşlərdə Arkadi Kasradze ilə yanaşı daha iki döyüşçü – Zaza Bitsadze və Alik Tsava da həlak olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı səfirliyindən bildirilib.

Diplomatik nümayəndəlik həlak olanlarla bağlı başsağlığı verib. “Qəhrəmanlar heç zaman ölmür”, - səfirlikdən qeyd edilib.

Bununla da indiyədək Ukraynada müharibədə həlak olan gürcü könüllülərinin sayı 9-a çatıb.

16:13

Ukraynada davam edən müharibədə daha bir gürcü döyüşçü – Arkadi Kasradze həlak olub.

“Report”un yerli bürosu xəbər verir ki, digər döyüşçü Zura Muşukiya isə ağır yaralanıb.

Hər iki hərbçi Luqansk vilayətinin Rubejnı şəhərində gedən döyüşlərdə iştirak edib.

Bununla da Ukraynada hərbi əməliyyatlara Gürcüstandan könüllü qatılaraq həlak olanların sayı 7-yə çatıb.

Digər xəbərlər