Ukraynada aprelin 12-də camaat Verbnoye kilsəsinə toplaşdığından üç keşiş cərimələnib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov “Twitter” səhifəsində yazıb.
O bildirib ki, oxşar hadisə ilə bağlı daha 12 material araşdırılır.
Xatırladaq ki, aprelin 12-də xristianlar Pasxa bayramını keçiriblər.
Qeyd edək ki, son sutkada Ukraynada daha 325 nəfər koronavirusa yoluxub və bununla da ölkədə infeksiya daşıyıcılarının sayı 3 102-yə çatıb. Bu günədək 93 nəfər isə pandemiyanın qurbanı olub.