Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib.

Vereşuk qeyd edib ki, bu dəfə 14 nəfər ukraynalı evlərinə qayıdıb. Onların arasında 7 hərbçi, 7 mülki şəxs də var.

"Bu mübadilə mənim üçün xüsusidir: hərbçi qadınlardan biri beş aylıq hamilədir", - Vereşuk əlavə edib.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında sonuncu məhbus mübadiləsi aprelin 28-də baş tutub. Mübadilə zamanı 45 ukraynalı vətənə qayıdıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24