Novorossiyskdəki (Rusiya) taxıl terminalı gecə saatlarında pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində fəaliyyətini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə mənbə bildirib.
Terminalın məxsus olduğu "Demetra Holding" şirkəti hücum nəticəsində terminalın zədələndiyini təsdiqləyib.
"Terminalın fəaliyyəti dayandırılıb, dəyən ziyan qiymətləndirilir", - mənbə bildirib.