Ukrayna kəşfiyyatı: "Rusiya müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür"

“Rusiya Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmin ərazilərin ilhaqı və sonradan iqtisadi inteqrasiya planının hazırlanması planlaşdırılır.

“Bunun üçün 2030-cu ilə qədər müddət ayırılıb. Üzərlərində “Rusiya”, “Donbas Respublikası”, “Mariupol”, “hərbi-mülki administrasiya” sözləri yazılmış möhürlər hazırlanır”, - məlumatda bildirilib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49