“F-16 qırıcı təyyarələrinin tədarükü cəbhədəki hadisələrin gedişatını dəyişdirə bilər”.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
O bildirib ki, havadan müdafiə quru əməliyyatlarının uğurunun açarıdır.
Qeyd edək ki, avqustun 20-də Niderland və Danimarka F-16 qırıcılarını Ukraynaya təhvil vermək qərarını açıqlayıb. Ukraynalı pilotlar və mühəndislər artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başlayıblar. Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya təhvil verməyi planlaşdırır.