PUA qalıqları Tver yaxınlığında "Wildberries"in anbar binasının divarını zədələyib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Vitali Korolyov məlumat verib.
"Gecə düşmən PUA-larının hücumunun dəf edilməsi nəticəsində pilotsuz uçuş aparatının qalıqları Kalinin dairəsindəki "Wildberries" anbar binasının divarını zədələyib. Müəssisənin əməkdaşları zərər çəkməyib", - o qeyd edib.
Ərazidə tüstülənmə baş verib və artıq aradan qaldırılıb.