​Türkmənistan parlamenti Xəzərin dibinin bölünməsinə dair sazişi təsdiqləyib

Bakı. 26 may. REPORT.AZ/ Qazaxıstanla Türkmənistan Xəzərin dibinin bölünməsinin qanuniləşdirliməsini başa çatdırmaq üzrədir.

"Report" xəbər verir ki, bu haqda Türkmənistan mətbuatı məlumat yayıb.

Xəbərə görə, Türkmənistan parlamenti Qazaxıstanla imzalanan uyğun razılaşmanı təsdiqləyib.

Qeyd edək ki, iki ölkə arasında razılaşma 2014-cü il noyabrın 7-də imzalanıb. İndiyədək ölkələrin parlamentləri bu sənədi təsdiqləməmişdi.

Türkmənistandan əvvəl, 2002-ci ildə Rusiya da Qazaxıstanla belə bir müqavilə bağlayıb.

Mayın 27-də isə Qazaxıstan parlamenti Türkmənistanla müqaviləni müzakirə edəcək.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49