Türkiyənin Yunanıstan və Suriya ilə sərhədində 6 nəfər saxlanılıb

Türkiyənin Yunanıstan və Suriya ilə sərhədini keçməyə çalışan 6 nəfər saxlanılıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 5 nəfəri qanunsuz olaraq Yunanıstan, 1 nəfəri isə Suriya ərazisinə daxil olmağa çalışıarkən yaxalanıb.

Saxlanılan şəxslərdən birinin FETO, daha birinin isə PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 15 noyabr, 2026 / 07:09