Türkiyənin Səhiyyə Nazirliyi: Spirtli içkidən zəhərlənən 20 nəfər vəfat edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyədə son 17 gündə spirtli içkidən zəhərlənən 91 nəfərdən 20-si vəfat edib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi rəsmi açıqlama yayıb.

Məlumata görə, İstanbulda oktyabrın 18-dən bu günə qədər xəstəxanalara müraciət edən 91 nəfərin spirtli içkidən zəhərləndiyi məlum olub: "Zərərçəkənlərdən 20-si həyatını itirib. Hazırda 10 xəstə reanimasiyada, 21 nəfər isə müşahidə altında saxlanılır. Bundan başqa, 4 xəstənin analizlərinin cavabı hələlik alınmayıb". 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49