“Dağıntılar altından çıxarılan yaralılar peyvənd olunur”.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O bildirib ki, açıq yaralar vasitəsilə insanlara virus keçə bilər: “Hazırda zəlzələ bölgəsində müxtəlif xəstəliklərə, o cümlədən qripə rast gəlinir.
Zibillərin təmizlənməsinə, ərazilərin dezinfeksiya olunmasına xüsusi diqqət edirik. Bağırsaq və yuxarı tənəffüs yolları xəstəliklərində artış gözlənilsə də, bunun kütləvi olacağı ehtimal edilmir. Axtarış-xilasetmə tədbirləri sonadək davam edəcək”.
F.Qoca, həmçinin vətəndaşları içməli sudan diqqətli istifadə etməyə çağırıb.