Türkiyənin səhiyyə naziri: "Qadınlar bizi bağışlasın"

"Qadınlar bizi bağışlasın, fədakarlıqları indiyə qədər layiq olduqları mükafatı almayıb”.

“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tvitter səhifəsində yazıb.

Nazir daha sonra bildirib: “Sevgi ilə yetişdirdikləri eyni qayğı ilə qorunmadı. Sözləri daha çox təsir etsəydi, həyat daha yaxşı ola bilərdi. Çünki qadınlarda güc və mərhəmət bir-birindən ayrılmazdır. 8 Mart - Beynəlxalq Qadınlar Günü mübarək olsun!”

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49