Türkiyəli müxalif partiya sədri Ümit Özdağ azadlığa buraxılıb

Türkiyənin müxalifətdə olan Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, məhkəmə tanınmış siyasətçi barəsində 2 il 4 ay 3 gün həbs cəzası verib. Ancaq Ü.Özdağ cəzasını şərti olaraq azadlıqda keçirəcək.

Qeyd edək ki, tanınmış siyasətçi bu il yanvarın 21-də həbs olunmuşdu. Prokuror Ü.Özdağa xalqı media vasitəsilə davamlı şəkildə kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək ittihamı ilə 7 il 10 ay həbs cəzası istəmişdi.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49