Türkiyənin İzmir şəhərində zəlzələ olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində zəlzələ baş verib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkan bu gün Bakı vaxtı ilə səhər saat 08:32-də Menderes rayonunda qeydə alınıb.

Zəlzələ 4,3 bal gücündə və 7,23 kilometr dərinlikdə baş verib. 

Digər xəbərlər