Türkiyənin ətraf və iqlim naziri: “Biz heç vaxt millətimizi tək qoymamışıq”

“Biz heç vaxt millətimizi tək qoymamışıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ətraf və iqlim naziri Murat Kurum deyib.

O bildirib ki, xalq da daim hakimiyyətin yanında olub: “Biz Antalyada yanğınlar baş verəndə də xalqımızın yanında olduq. Biz heç manipulyasiyalara təslim olmadıq”.

Nazir qeyd edib ki, o, 5 illik fəaliyyəti dövründə 81 vilayətin hər birində olub: “500-ə yaxın səfərim olub. Nazirlikdə demək olar ki, olmamışam. Dediyim kimi, həmişə xalqımızın yanında olmuşuq”.

M.Kurumun sözlərinə görə, iqtidar bütün çətinliklərin öhdəsindən xalqın dəstəyi nəticəsində gəlib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49