Almaniya XİN başçısı: "Türkiyənin dövlət çevrilişinə cəhd göstərənlərə qarşı tədbirlər görməsi ən təbii haqqıdır"

Bakı. 2 avqust. REPORT.AZ/ "Türkiyə hökumətinin dövlət çevrilişinə cəhd göstərənlərə qarşı qanuni və siyasi vasitələrlə tədbirlər görməsi ən təbii haqqıdır". 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer "Rheinische Post" qəzetinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Türkiyə dövlət çevrilişinə cəhdin baş verdiyi gecə çətin vəziyyətdə idi: "Mən dövlət çevrilişi cəhdinin qarşısının alınmasından məmnunam. Türkiyə hökuməti dövlət çevrilişi cəhdinin arxasında Fətullah Gülənin olduğunu açıq şəkildə bəyan etdi. Biz hüquq çərçivəsində günahkarların müəyyənləşdirilməsini gözləyirik". 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49