Türkiyənin daxili işlər və ədliyə nazirləri Fətullah Gülənin ekstadisiyasının müzakirəsi üçün ABŞ-a gedəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin daxili işlər və ədliyə nazirləri gələn həftə ABŞ-a səfərə gedəcəklər. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində Efkan Ala və Bekir Bozdağ Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra təşkilatın rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstadisiyası məsələsini müzakirə edəcəklər. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49