​Türkiyənin bir rayonunda antiterror əməliyyatı başa çatıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Silopi rayonu terrorçu PKK silahlılarından təmizlənib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu həmin rayonda keçirilən antiterror əməliyyatında yaralanmış çevik polis alayının əməkdaşı deyib.

Onun sözlərinə görə, rayon terrorçulardan tamamilə təmizlənib: "Onların gizləndikləri bütün yerlər müəyyənləşdirilib və hamısı zərərsizləşdirilib. Xüsusi təyinatlılar dörd bir tərəfdən əraziyə nəzarət edir".

Digər xəbərlər