Türkiyənin bəzi bölgələrində karantin bərpa edilib

Türkiyənin 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən tətbiq edilməyə başlayıb.  

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.

“Cümə günü saat 09:30 etibarilə 32 şəhərimiz, 4 qəsəbə, 37 kənd, 39 məhəllə və 3 yaşayış məntəqəsi olmaqla toplam 83 ərazidə karantin rejimi tətbiq edilməyə başlayıb. Karantinin tətbiq edildiyi yerlərdə ümumilikdə 54 053 nəfər yaşayır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, ölkədə 68 şəhər, 5 rayon, 24 qəsəbə, 354 kənd, 352 məhəllə, 53 yaşayış məntəqəsi olmaqla toplam 788 ərazidə 623 766 nəfər karantinə alınıb.  

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50