Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmiryolunun inşasındakı dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Bineli Yıldırım Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının uğurla yekunlaşdığına görə Azərbaycan və Gürcüstan prezidentlərinə - İlham Əliyevə və Georgi Kvirikaşviliyə təşəkkür edib.

"Report" xəbər veri ki, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyənin hökumət rəhbəri hər iki ölkənin dövlət başçılarına zəng edib. Baş nazir telefon danşıqları zamanı prezidentlərə layihənin icrasına verdiyi töhfə və dəstəyə görə minnətdarlığını bildirib. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49