Türkiyəli nazir koronavirusa yoluxub

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu nazir tviterdə yazıb.

“Bu gün COVID-19 testim pozitiv çıxdı. Tam peyvənd olunmuşam, səhhətim yaxşıdır, həmd olsun, xəstəliyi yüngül keçirirəm. İşlərimə bir müddət evdən davam edəcəyəm. Rəbbim xəstələrimizə şəfa versin. Vaksinlərə etimadsız yanaşmayaq”, - B.Pakdemirli qeyd edib.

Digər xəbərlər