Türkiyəli nazir: “Ərdoğanın sayəsində artıq bizim üçün qeyri-mümkün heç nə yoxdur"

“Son dövrlərdə texnologiya sahəsində uğurlarımız ard-arda artır. Bu, şübhəsiz ki, insan resursu ilə bağlıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O, gənclərə inamını da ifadə edib: “İnsan resurları ilə bağlı imkanlarımızı daha da artırmağa çalışırıq. Gənclərimiz üçün yeni imkanlar yaradırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın yaratdığı şərait nəticəsində artıq bizim üçün qeyri-mümkün nə isə yoxdur”.

Nazirin sözlərinə görə, ilk yerli “TOGG” avtomobilinin istehsalı Türkiyənin sənayə sahəsində qazandığı uğurun bariz nümunəsidir: “Artıq prezidentə, nazirlərə yerli avtomobil təqdim edilib. İndi “TOGG” Türkiyə yollarında hərəkət edir”.

M.Varank qeyd edib ki, Türkiyə daha böyük uğurlara nail olmağa qadirdir.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49