Türkiyəli hərbçi Suriyada şəhid olub

Suriyanın şimalındakı Əl-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitterdə yazıb.

“Bir qəhrəman, bir ata... Ay-ulduzlu bayrağımız uğrunda şəhadətə yola saldığımız vətən övladı... Suriyanın Əl-Bab rayonunda şəhid düşən qəhrəman jandarmamız Süleyman Dəmirələ Allahdan rəhmət, ailəsinə səbir diləyirəm. Başımız sağ olsun”, - nazir qeyd edib.

Məlumata görə, baş çavuş bölgədəki minanı zərərsizləşdirərkən həlak olub.

Digər xəbərlər

İstanbulda fabrik yanır 19 yanvar, 2026 / 12:05