Türkiyədə zəlzələ olub

Türkiyənin cənub-qərbində zəlzələ qeydə alınıb.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Muğla vilayətində, yerli vaxtla saat 20:43-də 5,2 maqnitudada qeydə alınıb.

Məlumata görə, zəlzələnin episentri Marmaris rayonunda yerləşib. Zəlzələ ocağı 61,44 kilometr dərinlikdə olub.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

İsrail HHQ Tehrana hücum edib 13 mart, 2026 / 23:45
İlber Ortaylı vəfat edib 13 mart, 2026 / 16:49