Türkiyədə zavodda partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyənin Osmaniyə şəhərində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə xlor qazının sızması nəticəsində baş verib.

Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24