Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyənin Van vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 01:44-də qeydə alınıb.

Yeraltı təkanların episentri Başkale rayonunda, ocağı isə 7,2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

İran ABŞ-nin təklifinə cavab verib 04 oktyabr, 2026 / 12:33