Türkiyədə üzərində partlayıcı və qumbara olan çeçen saxlanılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Türkiyədə üzərində 1,5 kq partlayıcı, 2 ədəd əl qumbarası gəzdirən çeçen tutulub.

“Report” CNN Türk-ə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Məlumata görə, ad-soyadı açıqlanmayan çeçen Suriyadan Türkiyə ərazisinə keçib.

Onunla birlikdə Suriyadan Türkiyə ərazisinə keçən 16 nəfər saxlanılıb. 

Digər xəbərlər