Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 1 polis şəhid olub, 4 asayış keşikçisi yaralanıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir terrorçu məhv edilib.
Antiterror əməliyyatı Kaynarpınar rayonunun Huzurevləri məhəlləsinin Sıtkı Göral küçəsindəki yaşayış binasında, PKK üzvlərinin toplaşdığı mənzildə keçirilib.