Türkiyədə terrorçuları dəstəkləyən 11 min 500 müəllim işdən azad edilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasını dəstəkləyən 11 min 500 müəllim işdən azad edilib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhsil Nazirliyi bildirib.

İnfromasiyaya görə, onların separatçı terror qruplaşmasına və onun qollarına dəstəkverici fəaliyyətlə məşğul olduğu təsdqilənib.

Qeyd edək ki, sentyabrın 8-də Türkiyənin baş naziri Binəli Yıldırım Diyabakıra səfəri zamanı etdiyi çıxışda terrorçuları dəstəklədiyi üçün işdən azad olunacaq müəllimlərin sayının 14 minə çatacağını gözlədiklərini bildirib. 

Digər xəbərlər