Türkiyədə terrorçular partlayış törədib, bir mayor və bir çavuş şəhid olub

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətində terrorçu PKK qruplaşmasının törətdiyi partlayış nəticəsində bir mayor və bir çavuş şəhid olub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçular əldəqayırma partlayıcını əyalətin Lice və Kulp rayonları arasındakı yola düzüblər.

Hərbçilərin zirehli avtomobili həmin ərazidən keçərkən partlayış törədilib.

Partlayışdan sonra hadisə yerində genişmiqyaslı əməliyyat keçirilib. 

Digər xəbərlər