Türkiyədə qar uçqunu zamanı 5 nəfər həlak olub

Türkiyənin Van-Bağçasaray magistral yolunda mikroavtobusla qar uçqununa düşənlərin 7-i xilas edilib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onlara tibbi yardım göstərilib. 

Məlumata görə, qar uçqununa düşən mikroavtobusun sərnişinlərinin xilas edilməsi əməliyyatı zamanı daha 5 nəfərin meyiti tapılıb.

Xilasetmə işləri davam etdirilir. 

Digər xəbərlər