Türkiyədə polis avtomobilinə hücum olub, yaralananlar var

Türkiyədə çevik polis əməkdaşlarını daşıyan avtobusa hücum olub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də ölkənin cənubunda yerləşən Adana əyalətinin Yüregir rayonunda baş verib.

Bombalı hücum nəticəsində 1 polis və 4 mülki şəxs yaralanıb. Hücum nəticəsində polis əməkdaşlarını daşıyan zirehli avtomobilə də zərər dəyib.

Məlumata görə, hadisə baş verən rayonda anti-terror əməliyyatı keçirilir. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24