Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Samsun şəhərinin Vəzirköprü rayonunda qeydə alınıb.
Kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus Vəzirköprü Dövlət Xəstəxanası qovşağında avtomobillə toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb.
Qəza nəticəsində 27 nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər, sağlamlıq və polis qrupları işləyir.