Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu

Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.

“Report” “Haber7”yə istinadən bildirir ki, bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Əli Erbaş bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxanların sayının artmasına görə insanların məscidlərdə bir araya gəlməsi infeksiyanın yayılması riskini artıra bilər: “Bu səbəbdən namazın evdə qılınması məsləhət görülür. Cümə namazı başda olmaqla məscidlərdə namaz qılınmasına ara verilir. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50