Türkiyədə məktəbliləri daşıyan mikroavtobus “TIR”la toqquşub, 1 şagird ölüb, 11-i yaralanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin Kayseri əyalətinin Bünyan rayonunda məktəbliləri daşıyan mikroavtobusun “TIR”la toqquşması nəticəsində 1 şagir ölüb, 11-i yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Karakaya məhəlləsində baş verib. 

İlkin məlumata görə, ərazidəki qatı duman qəzaya səbəb olub. 

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49