Türkiyədə koronavirusa yoluxanların sayı kəskin artdı

Bu gün Türkiyədə 7 533 nəfər koronavirus testindən keçirilib. Onlardan 2069-da virus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 5 698 nəfərə yüksəlib:

“Bu xəstələrdən daha 17-si həyatını itirib. Nəticədə koronavirusdan ölənlərin sayı 92-yə çatıb” - deyə, nazir bildirib. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24