Türkiyədə koronavirus qurbanlarının sayı 4 800-ə çatır

Son sutkada Türkiyədə koronavirusdan daha 14 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 792 nəfərə çatıb. 

Qeyd edilir ki, son sutkada ölkədə koronavirusa daha 1 459 yoluxma qeydə alınıb. Bununla da COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 176 677-yə çatıb.

Ötən gün Türkiyədə 985 koronavirus xəstəsi sağalıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 150 087 nəfərə çatıb. 

Digər xəbərlər