Türkiyədə jandarm qüvvələri Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək

Bakı. 22 iyul. REPORT.AZ/ "Türkiyədə jandarm qüvvələri tamamilə Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək".  

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. 

Onun sözlərinə görə, yeni qurumlar yaradıla bilər: "Gücün bir əldə cəmləşməsinin qarşısını almalıyıq. Ona görə də jandarm qüvvələrinə kiminsə təyinatı və vəzifədən çıxarılması bizim sərəncamımızda olacaq. Yəni polis idarələri necədirsə, jandarm də elə olacaq". 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49