Türkiyədə iki avtomobil qəzasında 13 nəfər ölüb, 21-i yaralanıb - YENİLƏNİB

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyənin Van əyalətinin Özalp avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, yaralılar Van şəhər Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bu gün Bursa-Ankara avtomobil yolunun İnegöl Babsultan hissəsində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb, 18 nəfər yaralanıb.


*** 09:51

Türkiyədə mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə Bursa-Ankara avtomobil yolunun İnegöl Babsultan hissəsində qeydə alınıb.

Qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər