Bakı. 16 sentyabr. REPORT.AZ/ İstanbulun 8 rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən anti-terror əməliyyatı nəticəsində 74 nəfər tutulub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların 73-ü xarici ölkə vətəndaşıdır.
Əməliyyat əvvəldən müəyyən edilən 15 ünvanda keçirilib.
Məlumata görə, xarici ölkə vətəndaşları Türkiyədən deprotasiya ediləcəklər. Türkiyə vətəndaşı olan bir şübhəlinin istintaqı isə davam edir.