Türkiyədə hərbçiləri daşıyan avtomobil aşıb, 1 əsgər ölüb, 3-ü yaralanıb

Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.

Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər