Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qadağa ilə əlaqədar ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar çıxarıb. 

Hava limanlarına 9 kilometr məsafədən daha yaxın sahələrdə tətbiq olunan qadağaya səbəb uçuş, can və mal təhlükəsizliyini təmin etməkdir.

Qadağaya əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49