Türkiyədə prokurorun FETÖ ilə bağlı hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin Ankara 4-cü Ağır Cəza Məhkəməsində prokurorun Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı hazırladığı ittiham aktı qəbul edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ittihamnamədə cinayət işi üzrə şübhəli şəxs qismində 73 nəfərin adı keçir. Onların arasında FETÖ-nun rəhbəri Fətullah Gülənin də adı var. 

Məlumata görə, məhkəmənin ilk hazırlıq iclası bu il noyabrın 22-25-də keçiriləcək. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40