Türkiyədə fabrikdə yanğın baş verib, 4 nəfər ölüb

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər fabrikdə çalışan 4 nəfərin cəsədini tapıblar.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Digər xəbərlər

Zelenski Putini Kiyevə dəvət edib 30 yanvar, 2026 / 12:27