Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyənin Kocaeli şəhərinin Dilovası rayonunda metallurgiya zavodunda partlayış nəticəsində 1 nəfər ölüb, 15 fəhlə isə yaralanıb.
“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, partlayışın başvermə səbəbi araşdırılır.