Türkiyədə dövlət çevrilişi cəhdinə görə 1 463 hərbçi barəsində həbs qərarı verilib

Bakı. 21 iyul. REPORT.AZ/ İstanbulda Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 1 463 hərbçi barəsində həbs qərarı verilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 143 hərbçi polisin nəzarəti altına verilib, 83 hərbçi isə sərbəst buraxılıb.  

Məlumata görə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1054 hərbçinin məhkəmə prosesi keçiriləcək. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24