Türkiyədə casusluqda şübhəli bilinən İngiltərə və Serbiya vətəndaşları tutulub

Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda casusluqda şübhəli bilinən İngiltərə və Serbiya vətəndaşları saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bölgədə antirerror əməliyyatı davam edir. Xəbərdə bildirilib ki, saxlanılan şəxslər terrorçu PKK-ya yaxın adamları xilas edərək, qaçırmağa çalışıblar. Ancaq təhlükəsizlik qüvvələrinin əməkdaşları casusları tuta bilib.

İnformasiyaya əsasən, onlar özlərini jurnalist kimi təqdim ediblər.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49