Türkiyədə betonqarışdıran maşınla mikroavtobus toqquşub, 2 nəfər ölüb, 17 nəfər yaralanıb

Bakı. 12 may. REPORT.AZ/ Türkiyənin Tekirdağ əyalətinin Szaray rayonunda beton qarışdıran maşınla içərisində sərnişin olan mikroavtobusun toqquması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə mayın 12-də günorta saatlarında baş verib. Qəza zamanı avtomobillərin sürücüləri də yaralanıblar.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49