Türkiyədə bələdiyyə sədrinə sui-qəsd edilib, iki nəfər yaralanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin Niğde əyalətinin Altunhisar rayon bələdiyyəsinin sədri, hakim Ədalət və İnkişaf Pariyasının üzvü Erdal Sarıya odlu silahdan atəş açılıb. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bələdiyyə sədri qolundan yaralanıb.

Məlumata görə, silahlı hücum nəticəsində orta məktəb şagirdi olan 13 yaşlı Cəlil A. başından yaralanıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Atəş açan şəxsin tutulması istiqamətində əməliyyat keçirilir. 

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50